“Yazıçılarımızı tanıyaq” layihəsi çərçivəsində gənc yazar Orxan Həsəni ilə görüş
Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Yazıçılarımızı tanıyaq” layihəsi çərçivəsində BDU-nun məzunu, istedadlı gənc yazar Orxan Həsəni ilə görüş keçirilib.
Tədbirdə müasir Azərbaycan ədəbiyyatının inkişaf meyilləri, oxucu-yazıçı münasibətləri və Orxan Həsəninin yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar qonağa onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıb, müəllifin müasir ədəbi proseslə bağlı görüşləri və əsərləri haqqında məlumatlar əldə ediblər.
Qeyd edək ki, layihə çərçivəsində gələcəkdə digər yazıçı və şairlərlə də görüşlərin keçirilməsi planlaşdırılır.