Fakültə üzrə ixtisaslar

Filologiya fakültəsinin yarandığı ilk illərdə filologiya ixtisası üzrə yüksək ixtisaslı kadrlar yox dərəcəsində idi. Fakültədə müxtəlif illərdə Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Məmmədağa Şirəliyev, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, Məmməd Cəfər Cəfərov, Əli Sultanlı, Muxtar Hüseynzadə, Cəfər Xəndan Hacıyev, Məmmədhüseyn Təhmasib, Hadi Mirzəzadə, Məmməd Tağıyev, Əlövsət Abdullayev, Yusif Seyidov, Tofiq Hacıyev kimi görkəmli alimlər işləmiş, tədrisin təşkilində və filologiya üzrə elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişlər.
Hazırda Filologiya fakültəsində təhsil bakalavriatura, magistratura  və doktorantura pillələrində həyata keçirilir.
Fakültədə 2007/08-ci tədris ilindən Bolonya sistemi tətbiq edilir. Kredit sistemi ilə təhsil alan tələbələrə kömək etmək məqsədilə dekanlığın nəzdində tyutor xidməti fəaliyyət göstərir. Tyutorların fəaliyyəti nəticəsində tələbələrin iştirakı ilə onların hər birinin fərdi tədris planı tərtib edilir. Kredit sistemi ilə təhsil alan tələbələr üçün mühazirələrin elektron versiyaları hazırlanır.

Filologiya fakültəsində bakalavriat  səviyyəsi üzrə 3 istiqamət üzrə  7 ixtisas əsasında mütəxəssis hazırlanır:

  1. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  2. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  3. Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)
  4. Filologiya (Rus dili və ədəbiyyatı)
  5. Filologiya (Alman dili və ədəbiyyatı)
  6. Filologiya (Fransız dili və ədəbiyyatı)
  7. Filologiya (Ingilis dili və ədəbiyyatı)
Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət