- Azərbaycan dilçiliyinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin fonetik, leksik-semantik sistemi, qrammatik strukturu və üslubi xüsusiyyətləri ilə bağlı nəzəri və praktik dilçilik tədqiqatlarının aparılması, Azərbaycan dilinin qohum türk dilləri və qohum olmayan dillərlə müqayisəli şəkildə tədqiqi, ümumi dilçilik məsələlərinin araşdırılması.
- Azərbaycan şifahi və yazılı ədəbiyyatı, klassik və müasir ədəbi proseslər, mühacirət ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, dünya ədəbiyyatı, türk xalqları ədəbiyyatı və rus ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıqla bağlı araşdırmaların aparılması.