Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır.
Fakültə TEC-in fəaliyyətinə aşağıdakılar daxildir:
• Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər
• Intellektual oyunların təşkili
• Fakültədaxili olimpiada yarışlarının keçirilməsi
• Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi
• Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini
Fakültə TEC-in işi gücləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi konfranslarda məruzələri dinlənilir. Ali məktəblərarası fənn olimpiadalarına hazırlıq məqsədilə məşğələlər təşkil olunur.
Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr cəmiyyət sıralarına qəbul olunurlar. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun elmi- tədqiqat işi aparmaq üçün uyğun kafedralara yönləndirilirlər. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.
TEC mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
TEC dekanlığa yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə Elmi Cəmiyyəti də tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını təmin edir.
Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti tələbələri elmi fəaliyyətinəyönəltmək məqsədilə təşkil edilmişdir. TEC-in tərkibinə daxil olan yuxarı kurs tələbələri ilə yanaşı, hər il fakültəyə yüksək balla qəbul olunan, eyni zamanda, elmi fəaliyyətə marağı olan I kurs tələbələrinin də cəmiyyətə cəlb olunması istiqamətində maarifləndirmə işlərihəyata keçirilir. Tələbələrə elmi rəhbərlər təyin olunur, eləcə də fəaliyyət istiqamətləri və elmi tədqiqatın məzmun və mahiyyəti haqqında ətraflı məlumat verilir. Təkcə 2019-cu ilin ilk yarısında ümumilikdə 40-dan çox, ikinci yarısında bakalavriat səviyyəsi üzrə 20-dən çox I kurs tələbəsi, 20-dən çox magistrant elmi tədbirlərdə iştirak etmək və elmi fəaliyyətlə məşğul olmaq üçün TEC-ə müraciət etmişdir. TEC müxtəlif tədbir, seminar və konfranslar keçirir, tələbələrin elmi fəaliyyətinin stimullaşdırılması üçün kurslar təşkil edir.
Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri:
Pərvin Eyvazov - "Türkoloji araşdırmalar" ETL-in kiçik elmi işçisi
Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyətinin üzvləri:
Sədr v.i.: Zəhra Rəhimova