Beynəlxalq elmi əməkdaşlıq

Filologiya fakültəsi uzun illərdir ki, bir sıra xarici universitetlərlə əməkdaşlıq edir. Xüsusən Türkiyə Cümhuriyyəti universitetləri ilə olan əlaqələr daha məhsuldar və müntəzəmdir. Hər tədris ilinin sonunda fakültə əməkdaşları, magistr və tələbələrindən ibarət qrup Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğunun təşkil etdiyi “Türkiye Türkcesi Oğretimi Metod ve Teknikleri Hizmet içi yaz eğitim kursları”na qatılırlar. Türkiyənin Elazığ Fırat Universiteti, Qars Qafqaz Universiteti, Rusiyanın Kazan Federal Universiteti ilə ardıcıl olaraq ikitərəfli əlaqələr həyata keçirilir. Bu əlaqələr çərçivəsində elmi-pedaqoji təcrübə mübadiləsi baş verir. Məsələn, 2018-ci ilin may ayında Filologiya fakültəsinin nümayəndələri Türkiyə Respublikasının Qars şəhərində yerləşən Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə bir həftəlik təcrübə keçmişlər. 09-12 dekabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində “Təhsilin inkişafı” Dövlət Proqramı çərçivəsində Rusiya xalqlarının və MDB-yə daxil olan türkdilli ölkələrin ədəbiyyatlarına həsr olunmuş şagird və tələbələrin beynəlxalq festivalında fakültənin rus bölməsinin 2 tələbəsi iştirak etmiş, onlardan biri 2-ci yerə layiq görülmüşdür. Eyni zamanda, Fırat və Kazan Universiteti müəllimləri - dos.dr. Süleyman Kaan Yalçın və dos. Aygül Salahova Filologiya fakültəsində ustad dərsləri keçmişlər. Fakültənin müəllimləri – prof. Y.N.İsmayılova və L.S.Əliyeva Türkiyə universitetlərində 1 ay ərzində mühazirələr oxumuşlar. Fakültənin ayrı-ayrı kafedraları ixtisas yönümünə uyğun olaraq, xarici həmkarları ilə sıx əməkdaşlıq edir. İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsi, ABŞ-ın Minnesota Universitetinin İngilis Dili Departamenti, Almaniyanın Saarlənd Universitetinin İngilis Dili Departamenti ilə əlaqələrə malikdir. Rus dilçiliyi kafdrası AMEA-nın Dilçilik İnstitutu, Qərb Universiteti, Bakı Slavyan Universiteti, Çin ölkəsinin Bakı Dövlət Universitetində yerləşən Konfusiya İnstutunun filialı, Sankt-Peterburq Universitetinin B.A.Larin adına dialektoloji kabineti, Sankt-Peterburq Universitetinin Filologiya fakültəsində professor Makienko Valeriy Mixayloviçin rəhbərlik etdiyi Slavyan filologiyası kafedrası, eyni zamanda Volqoqrad Dövlət Pedaqoji Universitetində Suprun Vasili İvanoviçin rəhbərlik etdiyi Ümumi və Slavyan dilçiliyi kafedrası ilə əməkdaşlıq edir. 
Filologiya fakültəsi fənn sillabuslarının tərtibi, proqram və dərsliklərə, elmi əsərlərə rəylərin verilməsi və s. prosesində də xarici universitetlərlə qarşılıqlı əməkdaşlıq aparılır. 2020-ci ildə fakültənin keçirdiyi bir sıra virtual tədbirlərdə müxtəlif universitetlərdən və elmi-tədqiqat institutlarından olan mütəxəssislər iştirak etmişlər. 

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət