Həmkarlar İttifaqı Komitəsi

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Həmkarlar İttifaqı Komitəsi 1934-cü ildən fəaliyyət göstərir. Filologiya fakültəsi Həmkarlar İttifaqı Komitəsi üzvlərinin sayı 150-dən çoxdur. HİK-in idarə heyətinə 10 nəfər daxildir. 2008-2023-cü illərdə Fakültə Həmkarlar İttifaqı Komitəsinə mərhum Əliheydər Ağakişiyev rəhbərlik etmişdir. 2024-cü ildən təşkilatın sədri filologiya elmləri üzrə fəlsəfə doktoru Ramil Bayramovdur. 

Fakültə HİK-in çoxşaxəli fəaliyyətinə əməkdaşlar üçün ictimai iaşənin keyfiyyətli və sərfəli qiymətlərlə təminatı, əmək hüquqlarının müdafiəsi, əmək intizamının möhkəmləndirilməsi, diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkili kimi vəzifələr də daxildir. HİK, həmçinin əməyin mühafizəsinə dair norma və qaydaların tələblərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinə əməl edilməsini də diqqət və nəzarətdə saxlayır.

HİK əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərini müdafiə etməklə yanaşı, həmçinin Bakı Dövlət Universitetinin və Filologiya fakültəsinin  ictimai həyatında da fəal iştirak edir. Mədəni-kütləvi tədbirlər, yubiley mərasimləri, iməciliklər, ekskursiyalar, müsabiqə və turnirlər təşkil edir. HİK əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı, öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəsində və kənarda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində də yaxından iştirak edir. Təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri də fakultənin əməkdaşlarının ictimai həyata, təsərrüfat fəaliyyətinə cəlb olunması, təlim-tərbiyə və təhsil prosesində onların potensialından geniş istifadə edilməsidir.

Əlaqə
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 1-ci mərtəbə, 102-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412)5390212 /(+99412)5390373 Fax.: [email protected] [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət