Fakültə ölkə daxilində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Əlyazmaları İnstitutu və respublikanın digər elmi təhsil müəssisələri ilə sıx əlaqələrəmalikdir. Fakültənin üzvləri AMEA-nın və müvafiq ixtisaslı ali məktəblərin tədbirlərində, konfrans və seminarlarında fəal iştirak edirlər. Hər il fakültənin bir neçə müəllimi AMEA-nın Dilçilik, Ədəbiyyat, Folklor İnstitutlarında ixtisasartırma kursu keçir. Fakültə müəllimləri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Folklor İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, müxtəlif universitetlərin İxtisaslaşdırılmış Dissertasiya Şuralarının və Elmi seminarlarının üzvudürlər.
Müəllimlərimiz və tələbələrimiz Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycanda Atatürk Mərkəzinin təşkil etdiyi tədbir, layihə və müsabiqələrdə yaxından iştirak edir.
Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq nəticəsində tələbələrimiz hər il pedaqoji təcrübəyə qatılır və təcrübəni uğurla başa vururlar.
AMEA və respublikanın ali təhsil müəssisələri ilə dissertasiya işlərinin müzakirəsi, dərsliklərə, dərs vəsaitlərinə rəy verilməsi sahəsində sıx əməkdaşlıq həyata keçirilir. Eyni zamanda, fakültənin müəllimləri digər ali məktəblərdə saathesabı qaydada dərslər aparır, başqa ali təhsil müəssisələrindən müəllimlər dərs demək üçün dəvət edilir.
|
|||
|
|