Yazıçı Elçin Hüseynbəylinin tələbələr üçün seminarı baş tutub
16 Mart 2024 15:24

BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı və BDU-nun Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Natiqlik” klubunun birgə təşəbbüsü ilə tanınmış yazıçı, AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “Hekayə nədir?” mövzusunda seminarı keçirilib.
Seminarda tələbələrə bədii mətnlərin yazılma texnikası, xüsusilə hekayənin yazılma üsulları haqqında məlumat verilib.
Sonra Elçin Hüseynbəyli tələbələrin suallarını cavablandırıb. Seminar müzakirələrlə yekunlaşıb.
Son XƏBƏRLƏR
03.11.2025 | 13:35
“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib
27.10.2025 | 16:42
“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib
23.10.2025 | 21:31