“Y.V.Çəmənzəminlinin dilçilik görüşləri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Y.V.Çəmənzəminlinin dilçilik görüşlər” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Şəlalə Abdullayeva zəngin erudisiyaya malik, müxtəlif elmlərə sahib olan, həmçinin ictimai-siyasi xadim kimi fəaliyyət göstərən Yusif Vəzirin zəngin yaradıcılığı haqqında ətraflı məlumat verdikdən sonra onun dilçilik görüşləri barədə məruzə edib. Ş.Abdullayeva qeyd edib ki, Y.V.Çəmənzəminlinin dilçilik fəaliyyəti həm nəzəri, həm də praktik baxımdan son dərəcə geniş, hərtərəfli tədqiqat və araşdırmalara söykənir. Görkəmli yazıçı dilçiliyə aid bir sıra elmi məqalələrin müəllifi olub, 10 lüğət tərtib edib, yeni əlifba hazırıayıb, purizmlə məşğul olub, dilçilik elmi üçün təzə, yeni, orijinallığı ilə səciyyələnən bir sıra elmi-nəzəri ümumiləşdirmələr aparıb. Məruzəçi Y.V.Çəmənzəminlini professional bir dil nəzəriyyyəçisi və lüğətçi kimi təqdim edib.
Sonra məruzə ilə bağlı çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. Elmi seminar müzakirələrlə yekunlaşıb.