“XX əsr rus dilşünaslığında türkizmlər”
BDU-nun Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasında “XX əsr rus dilşünaslığında türkizmlər” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistrantlar iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Rus dilçiliyi kafedrasının baş müəllimi Tamilla İbrahimova türkizmlərin 13-17-ci əsrlərdə istər hərbi toqquşmalar zamanı, istərsə də rus və türkdilli xalqlar arasında aktiv ticarət, siyasi və məişət əlaqələri nəticəsində rus dilinə geniş şəkildə nüfuz etməsi haqqındə xülasə təqdim edib.
Məruzədə Tamilla İbrahimova Y.Şipovanın lüğətini türkizmlərin etimoloji lüğəti kimi qiymətləndirib. Müəllif yazılı abidələrdən başqa, müasir dövrdə əldə olan nadir tapılan mənbələrdən istifadə edib. O, rus yazılı abidələrində, bədii ədəbiyyatlarda işlənən sözlər, rus dilinin dialektlərində təmsil olunan türk sözlərinin əksəriyyətini qeydə alıb.
Rus yazılı abidələrində rus dilinin dialektlərində təmsil olunan türk sözlərinin əksəriyyəti bədii ədəbiyyatlarda təsdiqlənən məlumatlarda öz əksini tapıb.