Xurşidbanu Natəvana həsr olunmuş “Xan qızı” adlı tədbir
Bakı Dövlət Universitetinin Filologiya və İnformasiya və Sənəd Menecmenti fakültələri üzrə BDU Könüllülərinin təşkilatçılığı ilə “Xan qızı” adlı tədbir keçirilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcova giriş sözü ilə çıxış edərək, Xurşidbanu Natəvanın həyatı və yaradıcılığından söz açıb, belə tədbirlərin tələbələr tərəfindən keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra isə İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli Xurşidbanu Natəvanın ədəbi irsinin qorunması və nəşri haqqında məlumat verib, könüllü tələbələrə təşəkkürünü bildirib.
Sonra Filologiya fakültəsinin tələbələri Nəzrin Aslanlı və Aytac Salahlı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış ediblər.
Filologiya fakültəsinin I kurs tələbəsi Mərziyə Əkbərovanın aparıcılığı ilə keçirilən tədbirdə şair haqqında videoçarx nümayiş olunub, İnformasiya və Sənəd Menecmenti fakültəsinin tələbələri şairin şeirlərini səsləndirib və könüllülər tərəfindən hazırlanmış səhnəcik təqdim edilib.