Xalqlararası ədəbi əlaqələr və bədii tərcümə
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Xalqlararası ədəbi əlaqələrin yaranmasında bədii tərcümənin rolu” (Gürcü və Azərbaycan ədəbi əlaqələri) mövzusunda elmi seminar keçirilib. Seminarda ”Dədə Qorqud” ETL-in əməkdaşları – laboratoriya müdiri Almara Nəbiyeva və kiçik elmi işçi Samirə Quliyeva, Azərbaycan dilçiliyi kafedrasının baş laborantı Zemfira Məmmədova, İTM-in mütəxəssisi Nuriyyə Mustafayeva və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri Nəzakət Hüseynova elmi seminarın gündəliyindəki mövzunun aktuallığından bəhs etdikdən sonra, məruzə üçün laboratoriyanın kiçik elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Ağamalıyevaya söz verilib. O, “Xalqlararası ədəbi əlaqələrin yaranmasında bədii tərcümənin rolu” (Gürcü və Azərbaycan ədəbi əlaqələri)” adlı məruzə ilə çıxış edib.
Sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzə ilə bağlı təəssüratlarını bölüşüblər.