“Uşaq ədəbiyyatının dünya uşaq ədəbiyyatı kontekstində araşdırılması” mövzusunda elm seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Uşaq ədəbiyyatının dünya uşaq ədəbiyyatı kontekstində araşdırılması” mövzusunda elm seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və fakültə əməkdaşları iştirak ediblər. Mövzu ilə bağlı məruzə edən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi, fil.f.d. Səidə Nağıyeva çıxışında uşaq ədəbiyyatının tarixi haqqında məlumat verərək, dünya uşaq ədəbiyyatının rolu və əhəmiyyətindən danışıb. Məruzəçi avropa uşaq ədəbiyyatında önəmli yer tutan uşaq ədəbiyyatı nümunələrindən danışaraq bu ədəbiyyatın və əsərlərin böyüklər üçün də maraqlı və əhəmiyyətli olması haqqında əsaslı fikirlər söyləyib. Ceyms Coy, Elionor Porter, Antuan de Sent-Ekzüperi, Lev Tolstoy və s. kimi görkəmli yazıçıların yaradıcılığına müraciət edərək zəngin, nağılvari uşaq dünyasının təsvirlərini əsərlərdən gətirdiyi nümunələr ilə izahını verib. S.F.Nağıyeva nəticə olaraq əsərlərdə uşaq psixologiyası, düşüncələri, duyğuları və bunların gətirdiyi çətinliklərin onların həyatında olan dəyişikliklərin gələcəklərinin düzgün formalaşmasına gətirdiyi proses barədə danışıb: “İnsan yalnız ürəyi ilə doğrunu görə bilər. Əsil görülən şeyləri gözlər görməz. Önəmli olan gözlə görünməz. Amma insanlar unudur və nə istədiklərini bilmədikləri üçün daim qatarla gedib gəlirlər. Əsil aradıqlarını tapa bilmirlər. Əslində aradıqları yaxındadır. Ürəyi ilə baxa bilsələr... Əsil önəmli olan gözlə görülməyəndir”.
Sonra mövzu ilə bağlı çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Professor Mətanət Abdullayeva, dosentlər Rəhilə Quliyeva, Rəna Mahmudova və Şəlalə Abdullayeva, həmçinin digər iştirakçılar mövzu ilə bağlı fikirlərini səsləndirib, maraqlı və dərin mahiyyətli çıxışına görə məruzəçiyə minnətdarlıqlarını bildiriblər.