“Ümumbəşəri bəla - insan alveri” adlı tədbir
Oktyabrın 17-də Bakı Dövlət Universitetinin Filologiya fakültəsində BDU Könüllüləri tərəfindən “Ümumbəşəri bəla - insan alveri” adlı tədbir keçirilib.
Tədbirin aparıcısı - II kurs tələbəsi Şəbnəm Heydərovanın giriş nitqindən sonra BDU Könüllülərinin sədr müavini, fakültə üzrə Könüllülər Təşkilatının sədri Rəvan Quliyevə söz verilib. O, insan alverinin cəmiyyət üçün böyük təhlükə olmasından söz açıb və bu sahədə gənclərin maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Əntiqə Yunuslu “İnsan alveri nədir?” və Elviyyə Babayeva “İnsan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu” adlı məruzələrlə çıxış ediblər.
Sonra insan alveri haqqında maarifləndirici videoçarxlar nümayiş olunub. Sonda “Gənc yazarlar” klubunun sədri Elza Dəmirli yekun nitqi ilə çıxış edib.