TGT "Qadın gülərsə...” adlı tədbir keçirib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Filologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “Qadın gülərsə…" adlı tədbir keçirilib.
BDU-nun Filologiya fakültəsinin l kurs tələbəsi Xanım Seyidzadə, ll kurs tələbəsi Aygün Məmmədli, Məlahət Ramazanova və Nuran Yaqub çıxışlarında Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan, tariximizdə önəmli xidmətləri olan qadın simalar haqqında danışıblar. Bildiriblər ki, cəmiyyətin qurucu fərdlərindən olan qadınlar əsrlər boyu önəmli yerlərə sahib olub. Tarixin müxtəlif dövrlərində Azərbaycan xanımları istər elm, təhsil, mədəniyyət, texnologiya, istərsə də siyasət sahəsində öz sözünü deməyi və iz qoymağı bacarıb. Şərqdə ilk dəfə seçici hüququnun verildiyi Azərbaycan xanımı daim öz ziyalı mövqeyini qorumağı bacarıb. Bu qəbildən ölkəmizdə qadın siyasəti və onların inkişafı əsas xətt kimi formalaşdırılıb. Həmin siyasətin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərarlar, fərmanlar, yaradılan qurumlar, ziyalı xanımlarımızın dünyaya tanıdılması istiqamətində atılan addımlar adıçəkilən istiqamətdə görülən işlərin yalnız bir qismidir. Uğurlu siyasət hər daim özünün müsbət nəticələri ilə yadda qalacaqdır.
Daha sonra tədbir bədii hissə ilə davam edib.