“Bakı Dövlət Universitetinin fəxri məzunu Heydər Əliyev”
Bakı Dövlət Universitetinin Filologiya və Tarix fakültələrinin Tələbə Gənclər Təşkilatlarının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bakı Dövlət Universitetinin fəxri məzunu Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Giriş sözü ilə çıxış edən Tarix fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Əli Ələkbərli tədbirin əhəmiyyətindən söz açıb.
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Ulu Öndər Heydər Əliyevin gənc nəslə örnək həyat yolundan, Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıb, dahi rəhbərin irsinin gənc nəslə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
Sonra Tarix fakültəsinin professoru Nuru Məmmədov Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması uğrundan atdığı tarixi addımlar və dövlətçilik fəaliyyəti ilə bağlı geniş məruzə edib.
Tədbirdə Tələbə Gənclər Təşkilatının sədr müavini Şüşəxanım Vəliyevanın çıxışı dinlənilib, videoçarx təqdim olunub.