TGT Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib
BDU-nun Filologiya, İnformasiya və Sənəd Menecmenti fakültələri üzrə Tələbə Gənclər Təşkilatlarının birgə təşəbbüsü ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
İnformasiya və Sənəd Menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məmmədli açılış nitqi ilə çıxış edərək, ana dilinin saflığının qorunmasının vacibliyindən danışıb.
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra, İnformasiya və Sənəd Menecmenti fakültəsinin tələbəsi Aydan Süleymanova, Filologiya fakültəsinin tələbələri Aygün Məmmədli və Nuran Yaqubovanın çıxışları dinlənilib.