Təranə Ağamalıyevanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “V. Şekspir və A. Babayevin sonetləri müqayisəli ədəbiyyatşünaslıq və bədii tərcümə obyektində” mövzusunda elmi seminar keçirilib. Seminarda “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” və “Dədə Qorqud” ETL-in əməkdaşları iştirak ediblər.
“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL”-in müdiri, dosent Nəzakət Hüseynova elmi seminarın gündəliyindəki mövzunun aktuallığı haqqında geniş məlumat verərək məruzə üçün sözü laboratoriyanın kiçik elmi işçisi Təranə Ağamalıyevaya verib.
Filologiya üzrə fəlsəfə doktoru Təranə Ağamalıyevaya mövzu ilə bağlı geniş məruzə edib.
Sonra mövzu ətrafında müzakirə aparılıb, iştirakçıya suallar ünvanlanıb. Seminar müzakirələrlə yekunlaşıb.