Tələbəmiz “Uşaq hüquqları tribunası” adlı konfransda
Noyabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Uşaq hüquqları tribunası” mövzusunda konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin (Azərbaycan dili və ədəbiyyatı) III kurs tələbəsi - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Kordinatoru Əsmər İsmayılova da iştirak edib.
16 noyabr tarixində və Konfransda Azərbaycan Uşaq Səfirlər Məclisi və Türkiyə Çoçuk Danışma Kurulu üzvləri və hər iki ölkənin milli koordinatorlarının görüşü baş tutub.
Konfransın panel iclasları zamanı uşaqların yaşamaq, müdafiə, inkişaf və iştirak hüquqları ilə bağlı müzakirə aparılıb. Qeyd edilən mövzular üzrə panellərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Regional İnkişaf İctimai Birliyi, Gənclər Fondu, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin, eləcə də qardaş Türkiyə Respublikasının Ailə ve Sosial Xidmətlər Nazirliyinin nümayəndələri çıxış edərək, uşaqların suallarını cavablandırıblar.