Tələbəmiz pedaqoji təcrübə keçdiyi orta məktəbdə açıq dərs aparıb
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Dil və ədəbiyyat müəllimliyi” (rus dili üzrə) ixtisası üzrə IV kurs, Fl-156-cı qrup tələbəsi Solmaz Quliyeva pedaqoji təcrübə keçdiyi Bakı şəhəri Yasamal rayonu 175 nömrəli tam orta məktəbdə “Ədəbiyyat” fənni üzrə 8c sinfinə “J. Bowen. “Bob adlı küçə pişiyi" mövzusunda açıq dərs keçirib. Açıq dərsdə Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının müəllimi Aytən Məmmədova, Bakı şəhəri Yasamal rayonu 175 nömrəli tam orta məktəbin müəllimi Yaqut Əliyeva iştirak ediblər.
Təcrübəçi tələbə dərsin əvvəlində şagirdlərin davamiyyətini yoxladıqdan sonra, əvvəlki mövzularla bağlı frontal sorğu aparıb və şagirdlər mövzuya dair öz fikirlərini bildiriblər. Sonra təcrübəçi Solmaz Quliyeva yeni mövzunu ətraflı izah edib, şagirdləri qiymətləndirərək dərsi yekunlaşdırıb.
Sonda açıq dərsdə iştirak edən müəllimlər dərsin gedişatı ilə bağlı fikirlərini bölüşüb, tələbəyə öz tövsiyələrini veriblər.