Tələbələrin türkoloji mərkəzlərlə bağlı təqdimatları
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs Fl-148-ci qrup tələbələri Türkologiya kafedrasında tədris olunan “Türk dillərinin öyrənilməsi tarixi” fənnində Avrasiyanın aparıcı türkoloji mərkəzləri haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər. Qrupun tələbələrindən Səyahət Məhərrəmova “Rusiyada və Danimarkada türk dillərinin öyrənilməsi”, Röya Hacıbabayeva “Çində türk dillərinin öyrənilməsi”, Nərmin Əkbərli “Almaniyada türk dillərinin öyrənilməsi”, Xədicə İmanova və Tərlan Allahverdiyeva isə “İtaliyada türkoloji araşdırmalar” mövzularında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Tələbələr təkcə mövcud dərs vəsaitləri ilə kifayətlənməyiblər, həm də öz axtarışlarını auditoriya ilə paylaşıblar.