Tələbələrimizin pedaqoji təcrübəsi uğurla davam edir
BDU-nun Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsi uğurla davam edir. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentləri – Əhəd Cavadov, Saidə Mustafayeva və Şəlalə Abdullayevanın rəhbərliyi ilə Bakının Yasamal rayonunun 225 saylı tam orta məktəbində və BDU-nun nəzdindəki Gənc istedadlar liseyində təcrübə keçən tələbələr fənn müəllimlərinin dərslərində iştirak etməklə yanaşı, açıq dərslər təşkil edirlər.
Açıq dərsi dinləyən təcrübə rəhbərləri tələbələrin fəaliyyətini müzakirələr aparmaqla qiymətləndirir, onlara öz tövsiyə və məsləhətlərini verirlər.