Tələbələrimiz “Yuğ” Teatrında “Mənəm, mən…” tamaşasını izləyiblər
18 Dekabr 2023 10:17
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi “Yuğ” Dövlət Teatrında yazıçı-kinodramaturq, İlqar Fəhminin böyük şairimiz İmadəddin Nəsimiyə həsr olunmuş pyesi əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi “Mənəm, mən…” tamaşasını izləyiblər. Tamaşadan xoş təəsüratlarla ayrılan tələbələr, sonda aktyorlarla görüşüb, xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, mistik-psixoloji dram kimi hazırlanan səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Amid Qasımov və Elşən Əsgərov çıxış ediblər.
Son XƏBƏRLƏR
14.08.2025 | 12:29
BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
03.08.2025 | 14:30
Xalq yazıçısı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Elçin Əfəndiyev vəfat edib
01.08.2025 | 09:16
Ana dilimiz – milli kimliyimiz və iftixarımız
31.07.2025 | 17:54
Professor İlhamə Hacıyeva milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib
31.07.2025 | 13:25