Tələbələrimiz Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə Aprel döyüşləri şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər xiyabanına ziyarət təşkil edilib.
Ziyarət zamanı tələbələr Vətən uğrunda canından keçən qəhrəmanların məzarlarını ziyarət edərək onların əziz xatirəsini yad ediblər.
Qeyd edək ki, Aprel döyüşləri – dörd günlük müharibə 2016-cı ilin 2-5 aprel tarixlərində baş verib. Dörd gün davam edən bu hərbi əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnərək, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir mərhələ olub.