Tələbələrimiz Qubada təşkil olunan yay düşərgəsində
Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsində Filologiya fakültəsinin könüllüləri də iştirak ediblər.
Yay düşərgəsinin ilk günü "Gənclər üçün mövcud imkanlar" təlimi ilə yadda qalıb. Daha sonra astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub. Düşərgənin növbəti günündə iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Sonda tələbələr sertifikatla təltif olunublar.