Tələbələrimiz pedaqoji təcrübədə
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri pedaqoji təcrübəni uğurla davam etdirirlər. Fevral ayının 16-dan başlayan pedaqoji təcrübə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 53, 158, 225 və 246 nömrəli tam orta məktəblərdə və BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyində həyata keçirilir. Həmin məktəblərin dərs cədvəllərinə uyğun olaraq keçirilən təcrübələrdə tələbələrimiz Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professor-müəllim heyətinin (Rəhilə Quliyeva, Əhəd Cavadov, Gülümsər Abbasova, Şəlalə Abdullayeva, Səidə Mustafayeva, Səidə Nağiyeva və b.) rəhbərliyi ilə dərslərdə iştirak edirlər. Bu müddətdə artıq tələbələrimizin açıq dərsləri də təşkil olunub. Pedaqoji təcrübə dərs ilinin sonuna qədər davam edəcək.