Tələbələrimiz M.Füzuli adına Əlyazmaları İnstitutunda tədris təcrübəsində
6 Mart 2024 14:17
BDU-nun Filologiya fakültəsinin tələbələri Türkologiya kafedrasının dosenti Sevda Sadıqovanın rəhbərliyi ilə “Mətnin linqvistik təhlili” üzrə tədris təcrübəsi müddətində AMEA-nın M.Füzuli adına Əlyazmaları İnstitutunda olublar. Elmi tədqiqat müəssisəsində tədris təcrübəsi keçən tələbələrimizə klassik Azərbaycan ədəbiyyatına dair əlyazmalar haqqında məlumat verilib, nadir əlyazmalarla tanış olmaq imkanı yaradılıb. Sonra institut əməkdaşları tələbələrin suallarını cavablandırıblar, onlara əlyazmalar üzərində işləmək bacarıqlarına dair tövsiyələr veriblər.
Son XƏBƏRLƏR
14.08.2025 | 12:29
BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
03.08.2025 | 14:30
Xalq yazıçısı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Elçin Əfəndiyev vəfat edib
01.08.2025 | 09:16
Ana dilimiz – milli kimliyimiz və iftixarımız
31.07.2025 | 17:54
Professor İlhamə Hacıyeva milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib
31.07.2025 | 13:25