Tələbələrimiz Cəlil Məmmədquluzadənin ev-muzeyində olublar
Filologiya fakültəsi üzrə BDU Könüllülərinin təşəbbüsü ilə görkəmli mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadənin 155 illik yubileyi münasibətilə onun Bakı şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı əvvəlcə muzeyin direktoru Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin ömür yolu haqqında ətraflı məlumat verib, Azərbaycanda Mirzə Cəlil irsinə dövlət qayğısından, muzeyin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən söz açıb.
Filologiya fakültəsi üzrə BDU Könüllülərinin sədri Rəvan Quliyev belə ekskursiyaların tələbələr üçün əhəmiyyətindən və ədibin irisinin öyrənilməsi baxımından önəmindən danışıb.
Sonra tələbələr muzey əməkdaşlarının müşayiəti ilə otaqları gəzib, eksponatlarla tanış olub, Cəlil Məmmədquluzadə barəsində maraqlı məlumatlar əldə ediblər.
Sonda könüllülər muzeyin xatirə dəftərinə ekskursiya ilə bağlı öz təəssüratlarını yazıb, xatirə şəkilləri çəkdiriblər.