Tələbələr üçün “Kitabın sirri” adlı diskussiya təşkil olunub
“BDU könüllüləri” Təşkilatı nəzdində fəaliyyət göstərən “PennaDoro” klubunun və Psixoloji Sektorun “Oxu” klubunun birgə təşkilatçılığı ilə tematik oxu əsaslı “Kitabın sirri” adlı diskussiya keçirilib.
Müzakirə klubların sədrləri Fidan Mövləyeva və İlkanə Mənsumovanın çıxışları ilə açıq elan edilib. Görüş zamanı Stefan Sveyqin “Bir qadının həyatından 24 saat” əsərinin əsas məzmunu və ideyası ətrafında müzakirələr aparılıb. Həmçinin qadın azadlığı və hüquqlarının qorunması, gender bərabərliyi kimi mövzular müxtəlif baxış bucaqlarından təhlil olunub.
Çıxışlarda qeyd olunub ki, bir çox yazarlar əsərlərində qadınların azadlıq mübarizəsinə işıq tutaraq bu sahədə mühüm bir mərhələni simvollaşdırıblar. Buna baxmayaraq, qadınların qarşılaşdığı bəzi problemlər günümüzdə də aktual olaraq qalır. Bu səbəbdən həmin problemlərin gələcəkdə də davam etməməsi üçün müxtəlif sosial və hüquqi sahələrdə fəal addımlar atılmalı, qadınların hüquqlarının qorunması istiqamətində tədbirlər daha da genişləndirilməlidir.