Tələbələr Müasir İncəsənət Muzeyinə ekskursiya ediblər
BDU-nun Filologiya və Şərqşünaslıq fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşəbbüsü ilə Müasir İncəsənət Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi tələbələrin incəsənət sahəsində biliklərini artırmaq, onların estetik zövqünü formalaşdırmaq və mədəni irsimizə olan marağını gücləndirmək olub. Ekskursiya zamanı tələbələr muzeydə sərgilənən müxtəlif dövrlərə və üslublara aid rəsm əsərləri, instalyasiyalar və müasir incəsənət nümunələri ilə yaxından tanış olublar.
Ekskursiya həm maarifləndirici, həm də əyləncəli xarakter daşıyıb, iştirakçılar üçün yeni biliklər qazanmaq baxımından faydalı olub. Tələbələr bu cür tədbirlərin onların dünyagörüşünün formalaşmasında və mədəni inkişafında mühüm rol oynadığını vurğulayaraq, təşkilatçılara təşəkkürlərini bildiriblər.