Tələbələr I Fəxri xiyabanı ziyarət ediblər
BDU-nun Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşəbbüsü ilə I Fəxri xiyabana yürüş təşkil olunub. Tədbirdə təşkilat üzvləri və fakültə tələbələri iştirak ediblər.
Yürüş çərçivəsində iştirakçılar Azərbaycanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad ediblər. Onlar ölkəmizin tarixi, mədəni və elmi inkişafına əvəzsiz töhfələr vermiş şəxslərin xidmətlərini dərin minnətdarlıqla xatırlayıblar.
Tələbələr Ümummilli Lider Heydər Əliyevin, tanınmış elm və mədəniyyət nümayəndələrinin məzarları önünə gül dəstələri düzərək, bu şəxslərin xalqımızın yaddaşında daim yaşayacağını bir daha vurğulayıblar.
Yürüş zamanı çıxış edənlər gənc nəslin tarixi irsə, milli kimliyə və ümumbəşəri dəyərlərə bağlılığının vacibliyini qeyd edərək, bu kimi ziyarətlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.