Tələbələr “Ədibin evi”ndə təcrübə keçiblər
Filologiya fakültəsinin “Filologiya (Rus dili və ədəbiyyatı)” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayevanın rəhbərliyi ilə ədəbi diyarşünaslıq və arxiv işləri üzrə tədris təcrübəsi çərçivəsində İçərişəhərdə yerləşən “Ədibin evi”nə ekskursiya ediblər. Tələbələrə bildirilib ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılan, 2017-ci ildə açılan “Ədibin Evi” öz missiyasını genişləndirərək artıq fəaliyyətini Ədəbiyyata Dəstək Fondu kimi davam etdirir və hazırda böyük yazıçının fəaliyyətinə həsr olunmuş müxtəlif layihələr hazırlanır. Eskursiya zamanı tələbələr Mir Cəlalın həyat yolu, yaradıcılığı haqqında məlumatlar əldə edib, ona dair şəxsi əşyalarla tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.