Tələbələr dərs prosesində texnoloji vasitələrdən istifadəyə üstünlük verirlər
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs FL-135-ci qrup tələbələri Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rəna Mahmudovanın tədris etdiyi “İfadəli oxu” və “Azərbaycan dilinin tədrisi metodikası” fənlərində dərs zamanı müxtəlif mövzular ətrafında hazırladıqları təqdimatları nümayiş etdiriblər.
“İfadəli oxu” fənnindən İlkanə Tapdıqova “Səs və onun növləri”, Təranə Abbaszadə “Nəsrəddin Tusi”, Zəhra Həsənova “Məntiqi oxunun əsas ifadəlilik vasitələri” adlı mövzularda təqdimatlarla çıxış ediblər.
“Azərbaycan dilinin tədrisi metodikası” fənnindən Telli İmanlı “Bəkir Çobanzadənin həyatı və yaradıcılığı”, Ləman Cəfərzadə “Bəkir Çobanzadənin dilçilik görüşləri”, Sevinc Müslümova “Metodika elminin inkişaf qanunauyğunluqları”, Xumar Pənahlının isə “Azərbaycan dilinin tədrisi metodikası elminin ümumi və didaktik vəzifələri” adlı mövzularda hazırladıqları təqdimatları nümayiş etdiriblər.
Dosent Rəna Mahmudovanın rəhbərliyi ilə keçirilən hər iki dərsdə tələbələr mövzular ətrafında geniş müzakirələr aparıb, çıxış edənlərə suallar ünvanlayıblar.