Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Mən kiməm?” adlı onlayn psixoloji seminar keçirilib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Eros” Psixologiya Mərkəzinin psixoloqu Vəfa Əkbərin “Mən kiməm?” adlı onlayn seminarı keçirilib. Zoom platforması üzərindən təşkil olunmuş seminarı giriş sözü ilə açan TEC-in elmi rəhbəri Gülnar Axundova Vəfa Əkbərə öz təşəkkürünü bildirib, bu cür görüşlərin tələbələrin həyatında önəmli rol oynadığını qeyd edib.
Sonra söz məruzəçiyə verilib. Vəfa Əkbər insanların şəxsiyyət kimi formalaşmasından, özünüqiymətləndirmə və dəyərləndirmə məsələlərindən bəhs edib. Psixoloq gənclərin cəmiyyətdə qarşılaşdıqları, eləcə də insanlarla ünsiyyət və münasibətlər zəminində yaranan problemlərdən çıxış yollarını göstərib. Sonda seminarın moderatoru - TEC-in sədri Fidan Hüseynova tələbələrin suallarını Vəfa Əkbərə ünvanlayıb.
Seminarla bağlı ətraflı məlumat almaq üçün tədbiri aşağıdakı linkdən izləyə bilərsiz: https://youtu.be/r9hq55T2UnE