TEC növbəti elmi seminar keçirib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Türk dillərində ismin hal kateqoriyası” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda TEC-in sədri Zəhraxanım Rəhimova və TEC-in üzvü Nigar Xanəliyeva məruzə ediblər.
Filologiya fakültəsinin IV kurs tələbəsi Nigar Xanəliyeva ismin hal kateqoriyasının inkişaf tarixi barədə ətraflı məlumat verib, yazılı abidələrin dili əsasında hal formalarının müxtəlif təzahürlərindən söz açıb.
Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Zəhraxanım Rəhimova isə müxtəlif türk dillərində ismin hallarından bəhs edib və Azərbaycan dili ilə digər türk dilləri arasında ismin halları arasındakı oxşar və fərqli cəhətləri diqqətə çatdırıb.
Sonra məruzəçilər iştirakçıların suallarını cavablandırıb.
Sonda Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərov çıxışlarla bağlı fikirlərini bölüşüb, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə dair bir sıra təkliflər irəli sürüb.