TEC-in nəzdində yeni klublar yaradılıb
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti nəzdində yeni yaradılan “Dilçilik” və “Ədəbiyyatşünaslıq” klublarının üzvləri ilə birgə iclas keçirilib. İclasın təşkilində məqsəd hər iki klubun sədr və üzvləri ilə birgə gələcəkdə hər iki istiqamət üzrə birlikdə tədbir və layihələrin həyata keçirilməsini müzakirə etmək olub.
İclasda Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Zəhraxanım Rəhimova təşkilatın nəzdində yaradılan hər iki klub haqqında məlumat verib və sədrlərə fəaliyyətlərində uğurlar arzulayıb.
“Ədəbiyyatşünaslıq” klubunun sədri Nigar Xanəliyeva tələbələrə klubun fəaliyyətində nələrə diqqət edilməli olduğunu, onların ədəbiyyata olan maraqlarını dəqiqləşdirib bu yöndə yazılar yazmalı olduqlarını və hər ay bu kimi məsələlərin müzakirə olunacağını tələbələrin nəzərinə çatdırıb.
“Dilçilik” klubunun sədri Vüsalə Rizvanova da klubun fəaliyyəti haqqında əsas məsələləri tələbələrin nəzərinə çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.