TEC-in cari ildə ilk iclası keçirilib
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin cari il üçün ilk iclası keçirilib. İclasda Dekan müavinləri Mehriban Əlizadə və Anar Fərəcov, TEC-in elmi rəhbəri Pərvin Eyvazov və tələbələr iştirak ediblər.
Dosent Mehriban Əlizadə tələbələrin elmi fəaliyyətə cəlb olunmasının perspektivlərindən bəhs edib. Bildirib ki, gələcəkdə fakültənin nüfuzunun daha da güclənməsində, kadr potensialının gəncləşməsində TEC-in fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Magistrlərlə yanaşı, bakalavriatların da elmi fəaliyyətə cəlb olunması, onların elmə olan marağının artırılması TEC-in diqqət mərkəzində olmalıdır. Həmçinin kafedraların nəzdindəki elmi dərnəklərlə TEC arasında əlaqələr möhkəmləndirilməlidir.
Dekan müavini Anar Fərəcov tələbələrin asudə vaxtlarını səmərəli keçirilməsi üçün universitetdə yaradılan şəraitdən söz açıb, elmi təşkilatçılıqla bağlı tələbələrə öz tövsiyələrini verib.
“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov çıxış edərək TEC-in fəaliyyət istiqamətləri, “Əsasnamə”si, tələbələrin elmi tədbirlərdə iştirakı haqqında məlumat verib, elmi təşkilatlanmanın faydalarından danışıb.
Sonra tələbələrin sualları cavablandırılıb.