TEC cari ildə ilk elmi seminar keçirib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə cari ilin ilk elmi seminarı keçirilib. Elmi seminarda “Sifətin dərəcə kateqoriyasının tarixi inkişafı və müasir dildə işlənməsi” və “Kitabi-Dədə Qorqud”un dilində atalar sözləri” mövzularında elmi məruzələr dinlənilib. Tədbirdə Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə, “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov TEC-in təşəbbüsü ilə keçirilən elmi seminarların əhəmiyyətindən söz açıb, bu cür tədbirlərin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Sonra tələbələrdən Vüsalə Rizvanova və Mühəmmədəli Ağayevin həmmüəllif olduğu “Sifətin dərəcə kateqoriyasının tarixi inkişafı və müasir dildə işlənməsi”, Rəvan Quliyev və Röya Hacıbabayevanın həmmüəllif olduğu “Kitabi-Dədə Qorqud”un dilində atalar sözləri” mövzularında elmi məruzələr dinlənilib.
Sonra məruzəçilərə suallar ünvanlanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Dekan müavini, dosent Mehriban Əlizadə və laboratoriya müdiri Almara Nəbiyeva tələbələrin çıxışlarını yüksək qiymətləndirib, onlara öz təklif və tövsyələrini verib, gələcəkdə seminarların keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.