“Süni zəka çağında hekayə yazmaq” mövzusunda seminar keçirilib
Bakı Dövlət Unuversitetinin Filologiya fakültəsinin TGT və BDU-nun Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Natiqlik” klubunun birgə təşəbbüsü ilə tanınmış yazıçı-ədəbiyyatşünas Qismət Rüstəmovun “Süni zəka çağında hekayə yazmaq” mövzusunda seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov qonağın fəaliyyəti haqqında məlumat verib, fakültənin dəvətini qəbul etdiyi üçün ona təşəkkürünü bildirib.
Sonra söz yazara verilib. O, tələbələrə texnoloji uğurların geniş vüsət aldığı müasir dövrdə bədii mətnin hazırlanması üsulları və prinsipləri, xüsusilə hekayələrin yazılma metodologiyası haqqında ətraflı məlumat verib, əvvəlki dövrlə çağdaş ədəbi mühitin müqayisəli təhlilini aparıb, mühüm məqamları auditoriyanın diqqətinə çatdırıb.
Sonra qonaq tələbələrin suallarını cavablandırıb, həmçinin mövzu ətrafında müakirələr aparılıb.
Sonda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu mövzu barəsində fikirlərini bölüşüb, aktual mövzu ilə bağlı maraqlı çıxışına görə Q.Rüstəmova minnətdarlığını bildirib.