Slavyan Yazısı və Mədəniyyəti Gününə həsr edilmiş dərs - bilik yarışması
24 May 2023 11:08

Məlum olduğu kimi, mayın 24-də bütün slavyan dünyası Slavyan Yazısı və Mədəniyyəti Gününü qeyd edir. Bu münasibətilə BDU-nun Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərova Slavyan Yazısı və Mədəniyyəti Gününə həsr edilmiş dərs - bilik yarışması keçirib.
«Filologiya (Rus dili və ədəbiyyatı)» ixtisası üzrə təhsil alan 2-ci kurs 154-cü qrupunun tələbələri aşağıdakı mövzulara aid prezentasiya və məruzə ilə çıxış ediblər:
- Ukrayna ədəbi dilinin formalaşması: Rzayev Hamlet Elçin oğlu, İmanova Nigar Məhəbbət qızı, Eminova Günel Elşən qızı.
- Belarus dilinin inkişafı: Qulamova İranə Vaqif qızı, Əmirova Nəzrin Elşad qızı, Kazımova Laman Rauf qızı.
- Polşa ədəbi dili: Kərimova Vüsalə Ədalət qızı, Abdullayeva Həcər Gündüz qızı, Hacalı Xaqan Elnur oğlu.
- Çex ədəbi dilinin inkişafı. Yan Qusun Fəaliyyəti: Piraliyeva Tamara Mahirovna, Ağaverdiyeva Gülzar Bəhruz qızı.
- Bolqar ədəbi dilinin formalaşması: Vəlizadə Həlimə Şahin qızı, Məcidova Zarema Saqidovna.
- Serb dilinin qrafik islahatları (Vuk Karadjiç): Ali-zade Əsmər Vüsal qızı, Seyidova Səbinə Rahimovna, Bafadarov Ələkbər Ələmdar oğlu.
- Хorvat dilinin qrafik islahatları (Ludevit Qay): Əsgərov Hüsein Rauf oğlu, Dadaşlı Teymur Hacıbala oğlu, Babayev Əli Əhməd oğlu.
- Makedoniya ədəbi dilinin yaranması: Bədəlzadə Bəturə Xanlar qızı.
Komandalara bölünən tələbələr təqdim edilən məlumata yaradıcı münasibətlərini göstəriblər. Hər bir komanda çıxışlarını öz əlləri ilə hazırlanmış illüstrativ materialla müşayiət edib.
Son XƏBƏRLƏR
03.11.2025 | 13:35
“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib
27.10.2025 | 16:42
“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib
23.10.2025 | 21:31