“Slavyan filologiyasına giriş”dən bilik yarışması
Dekabrın 22-də Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərova “Slavyan filologiyasına giriş” fənni üzrə dərs-bilik yarışması keçirib. Filologiya fakültəsinin “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs tələbələri tapşırılan mövzulara aid məruzələr hazırlayıblar:
1. Bolqar ədəbi dilinin formalaşması.
2. Çex ədəbi dilinin inkişafı. Yan Qusun Fəaliyyəti.
3. Serb və xorvat dilinin qrafik islahatları (Vuk Karadjiç və Ludevit Qay).
4. Makedoniya ədəbi dilinin yaranması.
Tələbələrdən Sevinc İslamova və Ağcagül Salmanova xorvat dili; Nigar Kazımova, Fatimə Boroyeva, Nəzrin Əhmədova, Minayə Həsənova və Aydan Qabibova makedon dili (142-ci qrup); Gülhar Quliyeva və Sara Rüstəmova – bolqar dili; Mirmədinə Aslanova, Fatimə Məmmədova və İnci Əliyeva – serb dili (143-cü qrup) haqqında hazırladıqları təqdimatlar əsasında çıxışlar ediblər.
Komandalara bölünən tələbələr təqdim edilən məlumatlara yaradıcı münasibət nümayiş etdiriblər. Hər bir komandanın çıxışı tələbələrin əl işlərindən ibarət illüstrativ materiallarla müşayiət olunub. Tələbələrdən Nigar Kazımovanın işi daha çox maraq doğurub. O, makedon dili haqqında məlumatları mum möhürü ilə bəzədilmiş qədim bir yazılı abidənin mətni kimi hazırlayaraq təqdim edib.
Dərs tələbələrin böyük marağına səbəb olub.