Şəlalə Əliyeva açıq dərs aparıb
BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Şəlalə Əliyevanın Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İnformatika müəllimliyi” ixtisasının I kurs, Ti 91-ci qrupunda “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Zəfər günü”nə həsr olunmuş “Zəfər yolunun başlanğıcı” adlı dərsi keçirilib. Tələbələrin hazırladıqları əbədiyyətə qovuşan şəhidlərimzin həyatı və 44 günlük vətən müharibəsində iştirakından slaydlar və videoçarxlar göstərilib. “Zəfər yolunun başlanğıcı” mövzusuna həsr olunmuş dərsdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Abbas Mehdiyev də iştirak edib.
Fənn müəllimi məşğələ dərsini jurnalı yoxlamaqla başlayıb, ardınca 44 günlük Qarabağ müharibəsinin başlaması haqqında məlumat verib və sorgu aparıb. Tələbələrdən Babaşova Aytən və Qaralı Nigar “Zəfər yolunun başlangıcı” mövzusunda İ.Əliyevin torpaqlarımızın alınması ilə baglı və şəhidlərin ailələrinə ünvanladıqları videoçarxları təqdim ediblər. Dərs texnologiyanın imkanlarından istifadə ilə slaydlarla müşayiət olunub və daha maraqlı alınıb. Dərsdə diqqəti çəkən maraqlı məqamlardan biri də tələbələrin 44 günlük Vətən müharibəsi haqqında hazırladıqları məlumatlar və videoçarxlar olub.
Şəlalə Əliyevanın Zəfər gününə həsr etdiyi açıq dərs elmi-nəzəri və metodiki baxımdan yüksək qiymətləndirilib.