“Şekspir Hamlet: daxili güc və ambisiya” mövzusunda tələbə elmi seminarı
Bakı Dövlət Univeritetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Şekspir Hamlet: daxili güc və ambisiya” mövzusunda elmi seminar keçirilib. Seminarın məruzəçisi Filologiya fakültəsinin II kurs tələbəsi Nuran Yaqubova mövzu haqqında geniş məruzə ilə çıxış edib, öz elmi baxışlarını və axtarışlarını auditoriyaya təqdim edib.
BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının professoru Əfqan Abdullayev Hamlet adının mənşəyi, Şekspirin yaradıcılığı və obrazın daxili mübarizəsindən söz açıb, məruzəyə dair fikirlərini bölüşüb.
Sonda Filologiya fakültəsinin “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov çıxış edərək, ingilis filologiyası üzrə təhsil alan gənclərin öz sahələrinə dair mövzuları, o cümlədən Şekspirin yaradıcılığını araşdırmalarını yüksək qiymətləndirib, məruzəçiyə uğurlar arzulayıb.
Elmi seminar müzakirələrlə başa çatıb.