“Rus dili və işgüzar kommunikasiya” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Rus dili və işgüzar kommunikasiya” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Rəna Sədi qızı İmanova müasir linqvodidaktikanın əsas problemləri olan işgüzar kommunikasiyanın əsas mahiyyətindən danışıb və qeyd edib ki, bu problemə toxunarkən, ilk növbədə verbal və qeyri-verbal kommunikasiyanın bütün elementlərinə ciddi yanaşmaq lazımdır. Məruzəçi bildirib ki, dərs prosesində yeni metodların və priyomların istifadəsi vacibdir. Belə olduğu halda, müəllim və tələbələr arasında kommunikasiya daha da yüksək olur və qarşıya qoyulmuş tədris məqsədi həyata keçirilir.
Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Seminar müzakirələrlə yekunlaşıb.