Rus dilçiliyi kafedrasının müəllimi Aytən Muradova nümunəvi dərs təşkil edib
BDU-nun Filologiya fakültəsinin “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə I kurs, 194-cü qrupda Rus dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Qasım qızı Muradzadə “Müasir rus dilinin leksikologiyası” fənnindən “Etimologiya dilçiliyin bir bölməsi kimi. Sözlərin mənşəyi” mövzusunda tədqiqat metodu istifadə edərək interaktiv dərs keçib.
Dərs zamanı tələbələr - Ağayeva Mirnərgiz, Beybalazadə Nərmin, Əliyeva Nigar, Hüseynova Nuray, Xanalıyeva Çinarə, Xanquliyeva Gül, Qələndərli Dəniz, Qəmərli Əsmər, Məmmədova Leyla Vəliyeva Gülmira iki qrupa ayrılaraq mövzu haqqında ətraflı məlumat təqdim ediblər. Birinci qrup “İçkilər və moda” leksik-semantik qrupuna aid sözlərin etimoloji təhlili”, ikinci qrup isə “Rəng və qida” leksik-semantik qrupuna aid sözlərin etimoloji təhlili” haqqında geniş məlumat veriblər. Tələbələr bildiriblər ki, leksik vahidlərin tarixi təkamül qanunauyğunluqlarını araşdırmadan dillərin dinamikasını öyrənmək mümkün deyil. Etimoloji vahidlər ən qədim və ən geniş leksik-semantik kateqoriyalardan biri kimi semantik problematikanın gələcək inkişafının tədqiqi üçün münbit dil materialıdır. Etimoloji vahidlərin həm semantik, həm də fonetik baxımdan linqvistik təbiəti böyük elmi maraq doğurur.
Müzakirələr zamanı tələbər plakatlardan və şəkillərdən istifadə ediblər.