Rus dili kafedrasında (humanitar fakültələr üzrə) elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Xarici auditoriyada qayıdış feillərinin öyrədilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi Leyla Quliyeva bildirib ki, azərbaycanlı və xarici tələbələr mövzunun təqdimində bir çox səhvlərə yol verirlər. Bu səhvləri aradan qaldırmaq təkcə Azərbaycan və rus dillərində qayıdış feilllərinin müqayisə etməklə yekunlaşmır. Natiq qeyd edib ki, hər qayıdış feilinin söz əhatəsi vardır. Bu əhatəni aktivləşdirmək lazımdır. Əgər biz əhatəni kommunikasiya zamanı aktivləşdirsək və onun işlənmə metodlarını hazırlasaq, tələbələr danışıq prosesində yol verdikləri səhvləri aradan qaldıra biləcəklər,
Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçiyə suallar ünvanlanıb. Seminar müzakirələrlə yekunlaşıb.