Rus dili kafedrasında elmi seminar keçirilib
Oktyabrın 19-da Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Oxu nitq fəaliyyətinin bir növü kimi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Gülnar Rəsulova rus dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisi zamanı oxu ilə bağlı işlərin tələbələrin nitq fəaliyyətinin inkişafındakı rolundan söz açıb. Bildirib ki, rus dili dərslərində tələbələrin oxumaqla əlaqədar bəzi problemləri ortaya çıxır. Belə ki, tələbələrin ana dili və öyrənməkdə olduqları rus dilində fərqli (latın və kiril) qrafikalarının istifadə edilməsi rusdilli mətnlərin oxunulması üçün çətinlik yaradır. Bu səbəbdən latın və rus əlifbalarını müqaisə edərək onların oxşar və fərqli işarələrini çərh etmək lazımdır. Məlumdur ki, oxunun keyfiyyətli icrası üçün sait və saitlərin tələffüsünə, sözlərə məxsus olan vurğuya, cümlələrin informasiyasına fikir verilməlidir və bu sahədə daimi iş aparılmalıdır. Oxu işlərinin daha səmərəli olması üçün tələbələrə maraqlı, o cümlədən vətənpərvər mövzulu mətnlər təqdim edilməlidir. Belə yanaşma çox vaxt tələbələrdə oxumağa həvəs oyadır və beləliklə, kitaba, ümumilikdə mütaliyə prosesinə vərdiş yaradır. Oxu çox vaçib məlumat mənbəyi olduğundan hər bir insan ömür boyu oxumalıdır və biliklərini, dünya görüşlərini zənginləşdirməlidir.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Elmi seminar müzakirələrlə yekunlaşıb.