“Rus dili dərslərində ixtisas terminləri üzərində iş”
BDU-nun Filologiya fakültəsinin Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Rus dili dərslərində ixtisas terminləri üzərində iş” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Rus dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi Gültəkin Qarabağlı qeyd edib ki, BDU-nun təbiət fakültələrində təhsil alan tələbələrin gələcəkdə dərin bilikli mütəxəssis kimi yetişmələri üçün ixtisas fənləri üzrə rusdilli mənbələri oxuyub, onların məzmununu anlamaları çox vacibdir. Həmçinin onlar rus dilində elmi diskussiyada iştirak etməyi və elmi nitqin xüsusiyyətlərinə riayət etməyi bacarmalıdır. Bu da ciddi hazırlıq tələb edir. Bunları nəzərə alaraq, rus dili müəllimləri öz qruplarında tələbələrin diqqətini terminoloji leksikanın və söz birləşmələrin mənimsənilməsinə yönəltməlidir. Bu zaman ən işlək terminoloji material ön plana çəkilməlidir, terminlərin işlənmə qaydaları öyrənilməlidir. Bu məqsədlə müəllimlər tərəfindən müvafiq çalışmalar tərtib olunaraq tələbələrə təqdim edilməlidir. Bütün bu işlər kommunikativ prinsiplərinə cavab verməlidir.
Seminar müzakirələrlə yekunlaşıb.