Rus dilçiliyi kafedrasının müəllimi beynəlxalq təlimdə
21-28 oktyabr 2023-cü il tarixlərində metodik tədbirlərin üçüncü mərhələsi olaraq “Xarici ölkələrdə rus dilinin xarici dil kimi tədrisinin təşkili” adlı beynəlxalq təlim keçirilib. Xarici ölkələrdə fəaliyyət göstərən rus dili müəllimləri üçün onlayn formada təşkil olunmuş təlimdə 300-dən çox müəllim və yüksəkixtisaslı mütəxəssis iştirak edib. Metodik təlimin təşkilatçıları Rossotrudniçestvo və Ano DPO Beynəlxalq Əməyin Mühafizəsi İnstitutu idi.
Bir həftə ərzində xarici rusistlər rus dilinin tədrisi üçün intensiv metodların xüsusiyyətlərini öyrənib, təliminin təşkili metodlarını və elektron təhsil mənbələrindən istifadənin aktual problemlərini müzakirə ediblər. Layihə iştirakçıları rus dilinin tədrisi üçün yeni metodoloji üsullar və bu mövuzda müasir ədəbiyyatlarla tanış olublar.
Metodik tədbirlərin üçüncü seriyasında Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Qasım qızı Muradzadə iştirak edib. Metodik tədbirlərin nəticələrinə əsasən, iştirakçılara sertifikatlar təqdim olunub.