Rus dilçiliyi kafedrasının müəllimi Aytən Muradovanın açıq dərsi
BDU-nun Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Muradzadənin “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)” ixtisası üzrə III kurs, Fl-169-cu qrupunda “Rus ədəbi dil tarixi” fənnindən “XX-XXI əsrlərdə rus ədəbi dilinin inkişafı” mövzusunda açıq məşğələ dərsi keçirilib. Açıq dərsdə Rus dilçiliyi kafedrasının müdiri, dosent Elvira Heydərova, professor Sevinc Məhərrəmova, baş müəllimlər - Nazim Xıdırov, Firavan Məmmədbəyli və Nailə Zeynalova iştirak ediblər.
Dərs müasir tələblərə uyğun aparılıb və interaktiv metodlardan istifadə edilərək keçirilib. Mövzu bir neçə hissəyə bölünüb və tələbələr iki qrupa ayrılaraq mövzu haqqında ətraflı məlumat təqdim ediblər. Bildirilib ki, “XX-XXI əsrlərdə normalar sistemi böyük gərginlik yaşayır; danışıq (şifahi və yazılı) ünsiyyətdə rus ədəbi dilində belə mənfi tendensiyalar və fenomenlər güclənib: ədəbi nitqin kobudlaşması, leksikada və frazeologiyada loru sözlərin detabuizasiyası, jarqonizm axını, barbarizmlərin motivsiz istifadəsi (əsasən ingilis mənşəli)”.
Dərs zamanı tələbər plakatlardan, şəkillərdən istifadə edib, ədəbi dildə olan dəyişikləri təsvir edən kiçik səhnələr qurub, həmçinin keçirdikləri kiçik sorğunun videoçarxını nümayiş etdiriblər.
Fən müəllimi Aytən Muradzadənin açıq dərsi kafedra iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.